22 iyul 2016 13:30
AÇ-nin final oyununu Əliyar Ağayev idarə edəcək
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Azerisport.az xəbər verir ki, Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
