22 iyul 2016 13:00
Sərxan Hacıyev ÇL matçına təyinat aldı
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 26-da, Borisov şəhərindəki eyniadlı stadionda keçiriləcək BATE (Belarus) - “Dandalk” (İrlandiya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.
