22 iyul 2016 12:45
Qəbələnin Lillə ilk oyununun vaxtı bilindi
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin Fransanın "Lill" klubuna qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 28-də "Lill-Metropol"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.
