22 iyul 2016 12:30
Bruno Akrapoviç: Neftçiyə daha çox qol vura bilərdik
Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun – 0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz hücum futboluna üstünlük verdik. Məhz baxımlı futbol sayəsində də qələbə qazandıq. Əlbəttə, Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq "Şkendiya" üçün tarixi uğurdur. Biz "Neftçi"yə daha çox qol vura bilərdik. Amma istənilən halda əsas olan qələbə qazanıb, tarix yazmağımızdır".
