22 iyul 2016 12:15
Əliyar Ağayev 3-cü təsnifat mərhələsinə təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.
