22 iyul 2016 12:00
Qəbələ Azərbaycanın xal ehtiyatını yaxşılaşdırdı
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Macarıstanın MTK klubuna qalib gələn (2:0) “Qəbələ” reytinq xalımızı 0.250 xal zənginləşdirib. Azerisport.az xəbər verir ki, hazırda ölkəmizin reytinq əmsalı 15.375-ə bərabərdi.
Bu göstərici ilə Azərbaycan 24-cüdür. Bizdən bir pillə irəlidə - 23-cü yerdə olan Şotlandiyanın 16.300 xalı var. 25-ci pillədəki izləyicimiz Kiprin aktivində isə 15.175 xal var.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qəbələ” 0.750, “Qarabağ”, “Kəpəz” və “Neftçi” isə hərəyə 0.375 xal qazandırıb.
