22 iyul 2016 11:15

Cavid İmamverdiyev: Vəli Qasımovla aramızda problem yoxdur

"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirilmiş səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Çox təəssüf ki, mərhələ keçə bilmədik. "Şkendiya"nı keçmək lazım idi. Hamımız qələbə qazanmağı çox istəyirdik. Bəlkə də karyeramda bu qədər məyus olmamışdım.

- Matçdakı ən real qol vəziyyətini siz boşa verdiniz...
- Qarşımda 3 oyunçu var idi, topu görmədim. Başla vurmaq istəsəm də, top qarnıma dəydi, yerə yıxıldım. Sonra isə rəqib qapıçı və müdafiəçi yaxınlığımda idi. Elə də real qol şansı olduğunu deməzdim. Həmin epizodda səhv etmirəmsə, ofsayd var idi.

- Azarkeşlərə nə deyə bilərsən?
- Onlara nəsə deməyə üzümüz yoxdu. Bu məğlubiyyətə görə də hamısından üzr istəyirəm. Özümüzü toparlayıb, ölkə çempionatına hazırlaşmalıyıq.

- Son vaxtlar az oynayırsan...
- Bu baş məşqçi Vəli Qasımovun qərarıdır. Yəqin ki, qol şanslarını qaçırmağım da oynamamağımla əlaqədardı. Özümü matçlara hazır sayıram və düşünürəm ki, start heyətində yer almalıyam, daha çox oynamalıyam. Amma baş məşqçimizin də fikrinə hörmətlə yanaşıram.

- Baş məşqçi ilə bu barədə söhbət etmisən?
- Belə söhbət olmayıb, amma məşqlərdə özümü sübut etməyə çalışıram. Aramızda heç bir problem yoxdur. Sadəcə, oynamadıqca oyun praktikam azalır, sonradan meydana çıxdıqda isə mənə çox çətin olur.

- Belə davam etsə, “Neftçi”dən ayrıla bilərsənmi?
- Oynamasam, məcburam ki, rəhbərliklə danışıb, bir qərara gəlib, başqa komandaya keçim. Elə yaşımdayam ki, ehtiyatda oturan vaxtım deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.