22 iyul 2016 11:45
Neftçi Şikovu bir aylıq itirdi
"Neftçi"nin müdafiəçisi Vançe Şikov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə səfər oyununda ağır zədə alıb. Azerisport.az xəbər verir ki, 71-ci dəqiqədə topu çıxarmağa çalışan futbolçu həm qaydaları pozmaqla qırmızı vərəqə aldı, həm də ayağını sındırdı.
Müdafiəçinin ayağı dörd həftə gipsdə qalacaq. O, komanda ilə Bakıya qayıtmayıb və Makedoniyada qalıb. Hazırda həkimlər futbolçunun əməliyyata ehtiyacının olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
