22 iyul 2016 01:45
Cavid İmamverdiyev: Real qol şansı olduğunu deməzdim
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirdikləri cavab oyunundan (0:1, ilk oyun 0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azarkeşlər qarşısında üzr istəyirəm. Utandırıcıdır. Matçın sonundakı epizoda gəlincə, qarşımda 3 oyunçu var idi, topu görmədim. Başla vurmaq istəsəm də, top qarnıma dəydi, yerə yıxıldım. Sonra isə rəqib qapıçı və müdafiəçi yaxınlığımda idi. Elə də real qol şansı olduğunu deməzdim. Həmin epizodda səhv etmirəmsə, ofsayd var idi".
