22 iyul 2016 01:30

Krşevan Santini: Şkendiya ilə oyunların ikinci hissəsində daha yaxşı oynadıq

"Neftçi"nin qapıçısı Krşevan Santini Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirdikləri cavab oyunundan (0:1, ilk oyun 0:0) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Matç barədə nə deyə bilərsiniz?
- Məğlubiyyətdən sonra nə danışmaq olar? Təəssüf ki, uduzduq. Qola qədər yaxşı oynadıq. Rəqibin doğma azarkeşləri qarşısında irəli atılacağını bilirdik.

- Komandanız ikinci hissədə daha yaxşı təsir bağışladı...
- Matçın əvvəlini də yaxşı keçirdik. Matçın ikinci hissəsində qırmızı vərəqə almağımız planlarımızı korladı.

- Sizə elə gəlmir ki, iki oyunu götürdükdə "Neftçi" mərhələ adlamağa layiq deyildi?
- Razı deyiləm. Niyə belə düşünürsünüz ki?

- Çünki rəqib sizə nisbətən daha yaxşı təsir bağışladı. Özü də hər iki oyunda...
- Qırmızı vərəqə bu gün rəqibin əlinə işlədi. Biz yorulmuşduq. Buna görə də hücuma atılmaqda çətinlik çəkirdik. Rəqib isə rahatca əks-hücumlar qururdu.

- Düşünmürsünüz ki, matçın sonundakı oyunu, hücum futbolunu ilk dəqiqələrdən sərgiləmək lazım idi?
- Belə rəqibə qarşı səfərdə oynamaq asan deyildi. İkinci hissədə isə riskə getməyə başladıq. Çünki itiriləsi heç nəyimiz qalmamışdı. Öz oyunumuzu göstərməkdə çətinlik çəkdik.

- Amma komandanız Bakıda da müdafiə futbolu sərgiləmişdi...
- Hər iki matçda ikinci hissəni daha yaxşı keçirdik. Amma təəssüf ki, bu uğur qazanmaq üçün yetərli olmadı. Bir qol cütün taleyini həll etdi.

- Cavid İmamverdiyevin matçın sonunda yüz faizlik qol epizodunu boşa verməsini necə şərh edərdiniz?
- Epizod çox uzaqda idi və dəqiq görmürdüm. Üzücü idi...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.