22 iyul 2016 01:00
Elnur Cəfərov Tondelada növbəti matçını keçirdi
Portuqaliyanın "Tondela" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərovun komandası "Aroka" ilə üz-üzə gəlib.
Qarşılaşma "Tondela"nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Cəfərov hesab 0:1 olarkən, matçın 61-ci dəqiqəsində meydana çıxıb.
