22 iyul 2016 00:40

Vəli Qasımov: Qırmızı vərəqə planlarımıza daxil deyildi

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın "Şkendiya" klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadıq. Qırmızı vərəqə planlarımıza daxil deyildi. Buna baxmayaraq, yenə qol vurmağa çalışdıq. Təəssüf ki, buna nail ola bilmədik. Məqsəd İsayevə də niyə sarı vərəqə göstərildiyini anlamadım.

- Sizə elə gəlmir ki, əvəzetmələrdə gecikdiniz?
- Seleksiya işlərimiz hələ davam edir. Ehtiyatdakı yeddi futbolçumuzdan dördü müdafiəçidir. Yarımmüdafiəni gücləndirmək istəyirik. Hücumçumuz olsaydı, daha yaxşı olardı. Hələ oyunçu çatışmazlığımız var.

- Hakimlikdən narazısınız?
- Hakimin bəzi mübahisəli qərarları oldu. Hətta bir epizodda onun qərarına etirazımı da bildirdim.

- Matçın sonunda Cavid İmamverdiyev əlverişli vəziyyətdən qol vurmağı bacarmadı. Onun klubdakı gələcəyi sual altında deyil?
- O, bizim futbolçumuzdur. Qol vursaydı, mərhələ adlaya bilərdik. Ondan öncə də qol vəziyyətlərimiz var idi. Təəssüf ki, onlardan yararlana bilmədik.

- Sizə elə gəlmir ki, matçın taleyi hələ ilk oyunda, sizin daha çox müdafiə olunmağınıza görə həll olunmuşdu?
- Razı deyiləm. Biz həmin oyunda sadəcə, qol buraxmaq istəmirdik. Bu gün isə Şikovun meydandan qovulması çox şeyi dəyişdi. Biz riskə getdik. Amma bu da bəhrəsiz qaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.