21 iyul 2016 23:10
Vasilis Teodoru: Qələbə üçün gəlmişdik, amma bacarmadıq
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” evdə Macarıstan MTK-sını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. Azerisport.az xəbər verir ki, qonaqların baş məşqçisi Vasilis Teodoru matçdan sonra fikirlərini bölüşüb:
"Öncə rəqibi qələbə münasibətilə təbrik edirəm. Erkən qol bizi ruhdan saldı. Ondan sonra demək olar ki, cütün taleyi həll olunmuşdu. Biz bura qələbə üçün gəlmişdik. Qələbə qazanmaq şansımızın olduğunu düşünürdük. Amma buna nail ola bilmədik. Klublarımız arasında böyük fərq olduğunu düşünmürəm. Sadəcə, bu gün bəxtimiz gətirmədi. Biz ilk növbədə psixoloji cəhətdən uduzduq. Buraxılan qollardan sonra toparlanmaq çox çətin idi".
