21 iyul 2016 20:00
Orxan Sadıqlı: Türkiyədə baş verən hadisələr bizi qorxutmadı
"İnter"in qapıçısı Orxan Sadıqlı Türkiyədəki təlim-məşq toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlığın ikinci mərhələsi öz qaydası ilə gedir. Əla kollektivimiz var. Ölkə çempionatında uğurlu çıxış etmək istəyirik. Türkiyədə baş verən hadisələr bizi qorxutmadı. Amma bu qədər insanın ölümünə təəssüflənməmək olmur. Bunu heç kim gözləmirdi. Artıq hər şey qaydasındadır".
