21 iyul 2016 18:45
Mədətov: Şehiçin penaltini qaytarmasını gözlərimi yumduğum üçün görmədim
"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şehiçin penaltini qaytardığı epizodu görmədim. Çünki həmin vaxt gözlərimi qapamışdım. Gözlərimi açanda isə penaltinin dəf olunduğunu gördüm və buna çox sevindim. Matçın sonunda rəqib artıq yorulmuşdu. Bu üzdən də cavab qolunu vurmağımız mümkün idi. Reynaldonun qol vurmasına da çox sevindim. O, yaxşı futbolçudur. Ondan çox şey öyrənməyə çalışıram".
