21 iyul 2016 18:30
Qəbələ daha bir futbolçu ilə anlaşdı
"Qəbələ" İdman Klubu və "Dinamo" (Buxarest, Rumıniya) arasında hücumçu Marsel Essombenin (06.05.1988, Kamerun) klubumuza transferi ilə bağlı razılaşma əldə olunub. Azerisport.az xəbər verri ki, Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib.
Futbolçu karyerasına Fransada başlayan Essombe karyerası boyunca adıçəkilən ölkənin bir sıra klublarında forma geyinib. O, son mövsümü "Dinamo"da keçirib.
