21 iyul 2016 17:30
Nazarov Liverpul üzərində qələbədə pay sahibi oldu
Almaniyanın "Ersgebirge" (Aue) klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İngiltərənin "Liverpul" klubunun U-21 kollektivi ilə qarşılaşıb.
Matç Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov meydana 46-cı dəqiqədə çıxıb.
