21 iyul 2016 14:30
İqor Mitreski: Yenə Neftçiyə azarkeşlik edəcəyəm
"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçiriləcək cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundakı heç-heçədən sonra şanslar hələ də bərabərdir. "Şkendiya" öz meydanında oynasa da, asan olmayacaq. Kim meydanda daha çox qaçsa, çalışsa, o da qalib gələcək. "Şkendiya"nın baş məşqçisinin sözlərindən də hiss olunur ki, bakılılardan ehtiyatlanırlar. Maraqlı oyun olacaq. Hava da, meydança da yaxşıdır. Mən yenə də "Neftçi"yə azarkeşlik edəcəyəm. Bu komandanın heyətində "Şkendiya"ya qarşı oynamağın əleyhinə olmazdım".
