21 iyul 2016 13:30

İlter Ayyıldız: Kəpəzi yaxşı analiz etdiyimiz üçün mərhələ adladıq

Avstriyanın "Admira" klubunun yarımmüdafiəçisi İlter Ayyıldız Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyunundan (2:0, ilk oyun – 1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Bakıdakı oyunla bağlı təəssüratlarınız?
- Qələbə qazandığımıza görə şadıq. Fikrimcə, yaxşı oynadıq. Biz ilk oyunda da yaxşı çıxış etmişdik. Bakıya da uğur qazanmaq üçün gəlmişdik. Şadam ki, mərhələ adladıq.

- "Admira"nın növbəti mərhələyə problemsiz adladığını demək olar?
- Xeyr. Evdəki qələbədən sonra da belə düşünmürdük. "Kəpəz"ə yuxarıdan aşağı baxmırdıq. Onları yaxşı analiz etmişdik. Buna görə də mərhələ adladıq.

- "Kəpəz" son dəqiqələrdə təhlükəli vəziyyətlər yaratmağa başladı. Sizə elə gəlmir ki, onlar oyunun əvvəlindən elə aqressiv çıxış etsəydilər, daha çox problemlə üzləşərdiniz?
- Əlbəttə. Amma biz qol buraxmamaq üçün çox çalışdıq. Eyni zamanda bir qol vurub, rahat oynamağı düşünürdük.

- "Kəpəz" gözlədiyinizdən zəif çıxış etdi?
- Gəncəlilər meydanda var güclərini qoydular, çox qaçdılar, mübarizə apardılar. Amma bu, futboldur, kimsə qazanır, kimsə uduzur. "Kəpəz"i sərgilədiyi oyuna görə təbrik edirəm.

- Rəqibin heyətində kimi qeyd edərdiniz?
- Yaxşı futbolçuları var. Amma komandamız çox güclüdür. Ona görə də onlardan kimisə götürmək istəməzdim (gülür).

- "Admira" bu qələbə sayəsində qrup mərhələsinə daha da yaxınlaşdı...
- Biz qələbə qazanmaq, daha da irəliləmək istəyirik. Gənc komandayıq. Növəti rəqibimiz - "Slovan" güclü komandadır. Amma onları da keçmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.