21 iyul 2016 12:30
Mitreski və Georgiyevski Neftçiyə sadiqlik nümayiş etdirdi
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq "Neftçi" ötən gün matçın keçiriləcəyi "II Filipp" stadionunda son məşqinə çıxdı. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın bu məşqini sabiq futbolçuları - İqor Mitreski Slavço Georgiyevski də izləyib.
Onlar qarşıdakı oyunda da "Neftçi"yə azarkeşlik edəcəklərini bildiriblər. Baxmayaraq ki, futbolçuların bu addımı vətənlərində o qədər də isti qarşılanmayıb.
