21 iyul 2016 12:15
Da Mota: Qarabağla oyunda arzuladığımız nəticəyə nail ola bilmədiyimiz üçün məyusuq
Lüksemburqun "Düdelanj" klubunun yarımmüdafiəçisi Daniel da Mota UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Birinci hissədə penaltidən yararlana bilsəydik, hər şey fərqli ola bilərdi. Amma biz ruhdan düşmədik və sonadək mübarizə apardıq. Arzuladığımız nəticəyə nail ola bilmədiyimiz üçün məyusuq. Bizə sadəcə, "Qarabağ"a qarşı aqressivlik çatmadı".
