21 iyul 2016 12:00
Dino Topmöller: Qarabağa qarşı fantastik matç keçirdik
Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, nəticəyə görə məyusam. İstəyimizə çata bilməsək də, fantastik matç keçirdik. Komandamla fəxr edirəm. Güclü, peşəkar komandaya qarşı çox yaxşı çıxış etdik. Bu, bizə çempionatda əlavə güc verəcək".
