21 iyul 2016 11:15

Qarabağın rəqibini yaxından tanıyaq

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində son Çexiya çempionu "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. Azerisport.az Ağdam klubunun rəqibi haqda ətraflı məlumatı təqdim edir:

"Viktoriya" 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubudur. Bir neçə dəfə adını dəyişdirən klub son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Komanda ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

Plzen təmsilçisi 4 dəfə ölkə çempionu olmağı bacarıb (2010-11, 2012-13, 2014-15 və 2015-16). İki dəfə Çexiya kubokunu qazanan (1970/71, 2009/10) "Viktoriya", iki dəfə də Super Kuboku (2010-11 ve 2015-16) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla Çempionlar Liqasında 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər.

"Viktoriya" 2011/12-ci il mövsümündə tarixində ilk də ÇL-nın qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. "Barselona" və "Milan"dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada "Şalke"yə məğlub olan "göy-qırmızılar" çıxışını dayandırıb. 2012/13-cü il mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi "Atletiko" (İspaniya), "Akademika" (Portuqaliya) və "Hapoel"lə (İsrail) mübarizə aparıb. "Viktoriya" 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb. (3:0, 2:0) Çexiya təmsilçisi 1/8 finalda isə "Fənərbaxça" (Türkiyə) səddinə ilişib. (1:1, 0:1)

2013/2014 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən "Viktoriya" "Mançester Siti", ÇSKA  və "Bavariya" kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan "Viktoriya" əvvəlcə Ukrayna "Şaxtyor"unu mübarizədən kənarlaşdırsa da, daha sonra "Lion" səddində ilişib.

2014/2015 mövsümündə Avroliqada iştirak edən "Viktoriya" mübarizəyə üçüncü təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə plzenlilər Rumıniya "Petrolul"una "ilişib". (1:1, 1:4).

Ötən mövsümü isə "Viktoriya" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə bacarmayıb (2:1, 0:2). Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın "Voyvodina" klubunu mübarizədən kənarlaşdırıb (3:0, 2:0). AL-in qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi "Dinamo” (Belarus), "Vilyarreal" (İspaniya) və "Rapid" (Avstriya) klubları ilə mübarizə aparıb, lakin növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Komandaya 2011-ci ildən yerli mütəxəssis olan Roman Pivarnik rəhbərlik edir. Maraqlıdı ki, "Viktoriya"nın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Komandanın əsasını çexiyalılar təşkil edir. Onlarla yanaşı, "Viktoriya"da 5 slovakiyalı legioner var. (Matuş Kozaçik, Patrik Hroşovski, Yakub Hromada, Mixal Duriş və Marek Bakoş).

Xatırladaq ki, "Qarabağ"ın "Viktoriya" ilə ilk oyunu 26 iyulda səfərdə, cavab matçı isə 1 həftə sonra Respublika stadionunda baş tutacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.