21 iyul 2016 11:00

Səməd Qurbanov: Neftçi Makedoniyaya yalnız qələbə üçün gəlib

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Səfərə hansı ümidlərlə gəlmisiniz?
- Müsbət ümidlərlə. Komanda yaxşı futbol sərgiləməlidir. Hamımız futbolçulardan yalnız uğurlu oyun və nəticə gözləyirik. Buraya yalnız qələbə üçün gəlmişik.

- Yəqin ki, komandanın sərgilədiyi oyun hələ sizi qane etmir?
- Düzünü demək lazımdırsa, hələ sərgilənən oyun sevindirmir. Amma komandanın potensialı var. Uşaqlar daha da artırmalıdırlar. Ayrı-ayrılıqda heyətin hər bir üzvü yaxşıdır. Amma kollektiv oyun hələ istənilən səviyyədə deyil.

- Heyəti komplektləşmiş saymaq olar?
- Hazırda daha bir transfer gözləyirik. Avrokuboklarda da mümkün olmasa, onun xidmətindən çempionatda yararlana biləcəyik. Klubun 80 illik yubileyi gəlir. Ona qədər bizim rəqabətədavamlı komandamız olmalıdır.

- "Neftçi" Avroliqada ümidləri doğrultmasa, baş məşqçi Vəli Qasımovla bağlı hansısa fərqli qərar verməyiniz mümkündür?
- Biz onu bu posta bir neçə avrokubok oyununa görə təyin etməmişik. İstənilən halda Qasımov postunda qalacaq. Amma Qasımov da özünü göstərməlidir. Çünki o, "Neftçi" kimi bir komandanın baş məşqçisidir. Sıradan bir klubu çalışdırmır. Hazırda hər birimiz ona dəstək olmağa çalışırıq.

- Futbolçuların Malta "Baltsan"ını keçməyə görə mükafat almadığı barədə xəbərlər doğrudur?
- Belə məsələlərlə mən məşğul olmuram. Baxmayaraq ki, bunu məhz Müşahidə Şurası müəyyənləşdirir. Futbolçular mükafat almalıdırlarsa, onu gec və ya tez alacaqlar.

- Bu oyunda rəhbərlikdən kimlər olacaq?
- Çingiz Abdullayev Makedoniyaya gələ bilmədi. Müşahidə Şurasından yalnız mən oyunda olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.