21 iyul 2016 10:30
Qarabağdan Azərbaycanın reytinqinə əlavə 0,125 xal
"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ı ilə səfər oyunundakı heç-heçə (1:1) Azərbaycanın reytinq xalını zənginləşdirib. Azerisport.az xəbər verir ki, ağdamlılar Azərbaycanın hesabına əlavə 0,125 xal yazdırıblar.
Artıq Azərbaycanın UEFA reytinqində 15,125 xalı var. Bu göstəricisinə görə ölkəmiz 24-cü pillədə qərarlaşıb. Bizdən öndə Şotlandiya qərarlaşıb (15,925).
