21 iyul 2016 00:10
Krşevan Santini: Neftçi uğur qazana biləcək gücdədir
"Neftçi"nin qapıçısı Krşevan Santini Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu görüşdə bizə çətin olacağını bilirik. Güclü rəqibə qarşı oynayacağıq. Amma qələbə qazanmaq istəyirik. Asan olmayacaq. Lakin biz uğur qazana biləcək gücdəyik".
