21 iyul 2016 00:00

Şəhriyar Əliyev: Admira bizdən nə güclü idi, nə də zəif

"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:2, ilk oyun – 0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Matçla bağlı nə deyərdiniz?
- Diqqətli oynamağa çalışdıq. Amma ani diqqətsizlik və səhv iki qol buraxmağımıza səbəb oldu. Halbuki, mərhələ adlamağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Əlbəttə, "Kəpəz" üçün hətta bir mərhələ keçmək də uğurdur. Amma yenə də mümkün qədər irəli getmək istəyirdik. Çox təəssüf ki, alınmadı.

- Razısınız ki, "Admira"nı keçə bilərdiniz?
- Əlbəttə. Oyundan sonra danışmaq asandır. Amma rəqibimiz bizdən nə zəif idi, nə də güclü. Qol vəziyyətlərimiz də oldu, vura bilmədik.

- Oyun sizin istədiyiniz kimi getmədi?
- Bəli. Kifayət qədər diqqətli oynaya bilmədik. İlk qolu buraxmağımız isə artıq bütün planlarımızı korladı.

- Səfərdə daha yaxşı oynamışdınız, ya bu gün?
- Həm səfərdə yaxşı oynadıq, həm də burada. Bakıda qol vəziyyətlərimiz daha çox oldu. Sadəcə, səfərdə daha ehtiyatlı oynamışdıq.

- Rəqib qollardan birini sizin uğursuz ötürmənizdən sonra vurdu. Oyundan sonra Şahin Diniyev buna görə sizə bir söz dedi?
- Xeyr, heç nə demədi. Desə də, hər şeyi qəbul edirəm. O, nə dediyini yaxşı bilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.