20 iyul 2016 23:05
Qurban Qurbanov: Ümumi oyundan və nəticədən razıyam
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburq “Düdelanj”ına qarşı keçirdikləri oyunu (1:1, ilk oyun 2:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu. Birinci oyunda qeydə alınan nəticə də öz sözünü dedi. İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm, səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.
