20 iyul 2016 23:00
Oliver Lederer: Kəpəzin belə taktika seçməsi məni təəccübləndirdi
Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu gün biz çox ağır 90 dəqiqə oynadıq. Amma fikrimcə, razılaşarsınız ki, qələbəyə layiq idik. "Kəpəz" barədə ancaq xoş sözlər söyləyə bilərəm. Düzdür, rəqibin belə taktika seçməsi məni təəccübləndirdi. Onlar ilk oyunda da belə oynamışdılar. "Kəpəz" yalnız oyunun sonlarında daha çox hücum etməyə başladı. Ona qədər daha çox müdafiə olunurdular".
