20 iyul 2016 18:30
Edson Kastilyo: Şkendiya ilə oyunda effektli əks-hücumlar qurmağımız vacibdir
"Neftçi"nin yarımmüdafiəçisi Edson Kastilyo Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunda taktiki cəhətdən düzgün oynadıq. Əsas qol buraxmamaq idi. "Şkendiya" oyunu yarımmüdafiədən qurur. Onlar üçün cinahlardan oyun qurmaq çox vacibdir. Buna görə də bizə rəqibə meydanın onlara aid olan hissəsində pressinq tətbiq etmək lazımdır. Eyni zamanda effektli əks-hücumlar da qurmalıyıq. Baş məşqçi mənə də ilk oyunda müdafiəyə kömək etməyi tapşırmışdı. Artıq komandaya uyğunlaşmışam. Üç oyun keçirmişəm. Çox şadam ki, Avropa Liqası kimi bir turnirdə iştirak edirəm". (Venesuela mətbuatı)
