20 iyul 2016 17:00
Tural Axundov: Kəpəzi sevən hər kəsi sevindirmək istəyirik
"Kəpəz"in kapitanı Tural Axundov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz hələ Avstriyadakı oyunda "Admira"nın necə güclü komanda olduğunu gördük. Buna baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komanda oyunu bizim əsas üstünlüyümüzdür. Azarkeşlərdən dəstək gözləyirik. Dolu tribunalar görmək istəyirik. "Kəpəz"i sevən hər kəsi sevindirmək istəyirik".
