20 iyul 2016 16:40
Məhəmməd Mirzəbəyov: MTK ilə cavab görüşünə də ciddi hazırlaşırıq
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Macarıstandakı oyun bizim üçün yaxşı alınsa da, çətin keçdi. Bakıda da uğurlu nəticə qazanmaq istəyirik. Baş məşqçi Roman Qriqorçuk dedi ki, uğur qazanmaq üçün xarakter göstərməyimiz lazımdır. Səfərdəki qələbəyə baxmayaraq, cavab görüşünə də ciddi yanaşırıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Üçüncü mərhələdə qarşılaşmalı olduğumuz Fransa "Lill"i barədə düşünmürük. Çünki hələ MTK-nı keçməmişik. Öncə macarları keçək, sonra "Lill" haqda danışarıq".
