20 iyul 2016 14:00

Akrapoviç: Bizi Neftçi ilə böyük oyun gözləyir

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Neftçi"ni qəbul edəcək Makedoniya "Şkendiya"sının baş məşqçisi Bruno Akrapoviç mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı öncə bunları söyləyib:

- İlk oyunda qeydə alınan heç-heçə bizi qane etdi. Növbəti mərhələyə adlamaq şansımız var. Bu şansdan istifadə etmək lazımdır. Bakıda yaxşı oynadıq. Bunu nəzərə alsaq, mərhələ keçə bilərik. Makedoniya futbolu üçün bu, böyük şansdır.

- "Neftçi"ni keçəcəyinizə əminsiniz?
- Bunu öncədən demək olmaz. "Neftçi"nin böyük tarixə malik klub olduğunu bilirik. Amma biz öz futbolumuzu oynayacağıq. Bundan nə çıxacaq, zaman göstərəcək.

- Rəqibin mümkün sürprizinə hazırsınız?
- Hər şeyə hazırıq. Amma biz heç bir sürpriz istəmirik. İstənilən halda "A" planımız da var, "B" planımızda. Hətta "D" planına - penaltilərə də hazırıq.

- Heyətdə dəyişiklik olacaq?
- Xeyr. İlk oyunda meydanda dominantlıq edirdiksə, heyəti dəyişməyin mənası yoxdur.

- İlk oyunda "Şkendiya" hücumlarını mərkəzdən qururdu. Sabahkı oyunda fərqli taktikadan istifadə etməyi düşünürsünüz?
- Bu, sizin fikrinizdi. Qismən razılaşıram. Doğrudan da mərkəzdən daha çox hücumlar qurduq. Ancaq cinahlarda da təzyiq göstərirdik. Qol da vura bilərdik.

- Növbəti rəqib barədə düşünmürsünüz?
- Xeyr. Çünki belədə, sabahkı oyunda büdrəyə bilərik. Doğrudu, sonra az vaxtımız qalacaq. Amma mərhələ adlayacağımız təqdirdə maksimum konsentrasiya olub, 3-cü turdakı rəqibi də təhlil edəcəyik. İndi isə ancaq "Neftçi"ni düşünürük. Bizi bu komanda ilə böyük oyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.