Şkendiyanın kapitanı: Şanslar bərabərdir
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Neftçi"ni qəbul edəcək Makedoniya "Şkendiya"sının kapitanı Ferhan Hasani fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Bu, bizim "Neftçi" ilə ikinci oyunumuzdur. Diqqətli oynamağımız lazımdır. Rəqibin yaxşı heyəti var. Amma bizim də mərhələ adlamaq üçün yaxşı şansımız var və bundan yararlanmalıyıq.
- 0:0 təhlükəli nəticə deyil?
- Başa düşürük ki, bir qol buraxsaq, işimiz çətin olacaq. Ona görə də ehtiyatlı olmalıyıq. Doğma meydan amilindən yararlanıb, qələbə qazanmalıyıq.
- Artıq hər iki komanda rəqibini yaxşı tanıyır. Cavab oyununda şansları necə dəyərləndirərdiniz?
- Şanslar bərabərdir. Məsələ burasındadır ki, onlar da bizi yaxşı analiz ediblər. Buna görə də şanslar 80-nin 20-yə bizim xeyrimizə yox, əllinin əlliyədir.
