20 iyul 2016 13:15
İnter Şuşa-Qarabağa məğlub oldu
"İnter"in əsas komandası ilə yanaşı, əvəzedici heyəti də yeni mövsümə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri Bakıdakı hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçına çıxıb.
"Şuşa-Qarabağ"la qarşılaşan "İnter"in ikinci komandası bu görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "İnter"in əvəzediciləri ilk oyununu "Neftçi"nin ikinci komandasına qarşı keçirmişdi - 0:0.
