20 iyul 2016 13:00
Sumqayıt Kutaisi Torpedosu ilə qarşılaşacaq
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verri ki, Samir Abasovun komandası bu gün Gürcüstan təmsilçisi - Kutaisi "Torpedo"su ilə üz-üzə gələcək.
Oyun yerli vaxtla saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Torpedo" son olaraq Gürcüstan yüksək liqasını 6-cı pillədə tamamlayıb.
