Julien Ebah: Bizə sərf edən nəticəni qazanmağa çalışacağıq
Dünən “Dalğa Arena”da keçirilən açıq məşqlə “Kəpəz” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı “Admira” ilə oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, komanda artıq oyun saatını gözləyir.
Bu arada Gəncə klubunun hücumçusu Julien Ebah görüş öncəsi klub saytına açıqlama verib: “Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. “Admira” güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər. Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. Onu da deyim ki, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydik, ilk oyunda heç-heçənin qeydə alınması mümkün idi. Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”.
