20 iyul 2016 12:00
Milan Baroş: Kəpəz barədə geniş məlumatım yoxdur
Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri - Avstriya "Admira"sı ilə "Kəpəz" arasındakı cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Məsafəni nəzərə alsaq, təbii ki, rəqibimizin "Admira" olması daha yaxşı olardı. İstənilən halda bu komandalar barədə elə də ətraflı məlumatım yoxdur. Lazım olan informasiyanı məşqçilər bizə üçüncü təsnifat mərhələsinin oyununa hazırlaşarkən təqdim edəcəklər".
