20 iyul 2016 10:20
Admiranın futbolçusu: Fərqli Kəpəz görəcəyik
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz"in qonağı olacaq Avstriyanın “Admira” klubunun futbolçusu Ştefan Çvirşiç bu oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Kəpəz”ə ciddi yanaşırıq. Bilirik ki, rəqibimiz zəif deyil. Bizi çətin oyun gözləyir. Rəqib evdə fərqli oyun göstərəcək. Məşqçimiz dediyi kimi, top saxlamağa çalışacağıq. Ola bilsin ki, Bakıdakı isti hava şəraiti “Kəpəz” üçün kiçik üstünlük olsun. Amma bu, bizim üçün bəhanə olmamalıdı".
