20 iyul 2016 21:48

Kəpəz Admiraya Bakıda da uduzdu

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir görüş keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında Azərbaycanın bu turnirdəki üç təmsilçisindən biri - "Kəpəz" Bakıda Avstriya “Admira”sını qonaq edib.

İlk görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşən Gəncə təmsilçisinin mərhələ adlaması çətin görünsə də, hər halda buna şansı vardı. Lakin təəssüf ki, Şahin Diniyevin yetirmələri bu rəqiblə Bakıda da bacarmayıb və məğlub olaraq, Avroliqa ilə vidalaşıblar.

Avropa Liqası
İkinci təsnifat mərhələsinin cavab oyunu

20 iyul

“Kəpəz” - “Admira” - 0:2 (0:1)
Qollar: K.Knasmüllner, 17 (0:1). P.Şmidt, 76 (0:2).
Sarı vərəqə: T.Axundov, 11. Ş.Çvirşits, 24. M.Lakner, 58. D.Tot, 68. R.Alveş, 90.
Hakimlər: Vitali Meşkov, Valeri Dançenko, Maksim Qavrilin, Mixail Vilkov (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.
İlk oyun - 0:1.

"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 46), 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 69), 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo ( 9. Tural Qürbətov, 82), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi,15. Azad Kərimov, 21. Novruz Məmmədov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
"Admira": 28. Yorq Zibenhandl, 4. Ştefan Çvirşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilian Saks (55. İlter Ayyıldız, 54), 8. Kristof Knasmüllner (99. Florian Fişerauer, 75), 10. Daniel Tot (k), 17. Dominik Starkl (16. Patrik Şmidt, 38), 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami.
Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 2. Fabio Ştrauss, 9. Toni Vastiç, 25. Patrik Vesselı.
Baş məşqçi: Oliver Lederer.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.