20 iyul 2016 21:55

Qarabağ məğlubiyyətdən son anda xilas oldu

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olub.

Bakıdakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionu mərhələ adlamağa yaxın idi. Təmsilçimiz səfərdə məğlub duruma düşsə də, son dəqiqələrdə vurduğu qol sayəsində hesaba tarazlıq gətirə və növbəti mərhələyə vəsiqə qazana bilib.

UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsinin cavab oyunu

20 iyul

“Düdelanj” - “Qarabağ” - 1:1 (0:0)
Qollar: M.N`Diay, 71 (1:0). Reynaldo, 90+4 (1:1).
Matçın 37-ci dəqiqəsində "Düdelanj"ın futbolçusu D.Türpel penaltidən yararlana bilməyib - qapıçı.
Sarı vərəqə: B.Hüseynov, 18. R.Dikaba, 23. Miçel, 27. R.Sadıqov, 65. M.Pokar, 83. C.Diniyev, 87.
Hakimlər: Kevin Klansi, Stüart Stevenson, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya).
Düdelanj. “Yos Nosbaum” stadionu.
İlk oyun - 0:2.

"Düdelanj": 1. Jonatan Juber (k), 2. Kleyton Moreyra, 5. Tom Şnell, 9. Daniel da Mota (30. Aleksandr Lorente, 80), 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş (8. Mario Pokar, 66), 26. Cerri Prempe, 27. Brayan Meliss, 77. David Türpel, 99. Momar N`Diay (7. Sanel İbrahimoviç, 86).
Ehtiyat oyunçular: 33. Co Frizinq, 10. Yassin Ben-Aciba, 11. Dilan Delinyi, 22. Stelviu.
Baş məşqçi: Dino Topmöller.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev (91. Coşqun Diniyev, 82), 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 10. Muarem Muarem (11. Mahir Mədətov, 70), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (22. Əfran İsmayılov, 90+5).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.