Oliver Lederer: Müdafiə futbolu oynamayacağıq
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz"in qonağı olacaq Avstriya təmsilçisi "Admira"nın baş məşqçisi Oliver Lederer bu oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bilirik ki, bizi sabah çətin oyun gözləyir. Evdə keçirdiyimiz matçda tapşırıqları yerinə yetirdik, qol vurduq. Cavab oyununda da əlimizdən gələni etməliyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. 90 və ya 120 dəqiqə oynamaq önəmli deyil. Biz də penaltilər üzərində çalışmışıq. Rəqibi yaxşı təhlil etmişəm. Əks-hücuma tez keçirlər. Braziliyalı futbolçularının fəallığını xüsusi qeyd edərdim. “Admira” müdafiədən oynamayacaq? Komandamızın oyun stili rəqibdən asılı deyil. "Kəpəz"lə oyun mənim üçün xüsusi yox, normal bir oyundu. Məşqçilik karyeramda gələcəyim sabahkı görüşdən asılı deyil. Ümumi uğurumuza inanıram".
