20 iyul 2016 09:35

Şahin Diniyev: Müharibəni uduzmamaq arzusu ilə meydana çıxacağıq

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Kəpəz” - “Admira” matçı öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı reallaşıb. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı mətbuat nümayəndələri ilə görüşdə qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:

"Əvvəlcə siz mətbuat işçilərinə bu isti havada bura gəldiyiniz üçün minnətdaram. Avroliqa oyunlarında bizim arxamızdasız və bunu hiss edirik. Hərə bir cür dəstək olur, siz də bu işinizlə futbolçulara motivasiya verirsiz. Oyuna gəlincə, reklam xarakterli sözlərdən uzaq olmalıyıq. Elə bir söz deməliyik ki, sabah oyundan sonra da söyləməyə sözümüz olsun.

“Admira” güclü, səviyyəli komandadır. Onların üç oyununu izləmişəm, sürətli oynayırlar. İlk matçda rəqibə boş sahələr verməməyə çalışdıq. Amma bir fərdi səhvlə uduzduq. Müdafiədə etibarlı, səliqəli çıxış etməliyik. Səfərdə 1:0 hesabı ilə uduzmağımız böyük üstünlük deyil. Şanslar 50-nin 50-yədir. Biz döyüşü uduzmuşuq, müharibəni uduzmamaq arzusu ilə meydana çıxacağıq.

Futbolçular məsuliyyəti dərk edirlər, mən xoşbəxtəm ki, onlarla işləyirəm. Hamıya hörmət bəsləyən oyunçulardır. Əlimizdə şans varsa, daha yeni uğurlara imza atmalıyıq. Bizi çətin oyun gözləyir. “Admira” aqressiv oynayır və rəqibə təzyiq yaratmağı bacarır. Daha çox qol vəziyyəti yaratmağa çalışmalıyıq. Hər iki tərəf taktiki cəhətdən ağıllı oynamağa çalışacaq. Bizə sərf edən nəticəyə oynayacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.