20 iyul 2016 09:25
Qurban Qurbanov: Bu amil bizim oyunumuza təsir edə bilər
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "Düdelanj"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov cavab görüşü öncəsi qarşılaşma haqda öz fikirlərini bildirib:
"Meydançanın vəziyyəti o qədər də yaxşı deyil. Bu amil bizim oyunumuza təsir edə bilər. Amma biz sabah maksimum şəkildə çalışacağıq ki, səhvlərə yol verməyək. Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi bir oyun gözləyir. Həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".
