19 iyul 2016 15:30
Elnur Cəfərov Tondelada ilk seçimini etdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubunda nömrə seçimini edib. Azerisport.az xəbər verir ki, o, yeni klubunda da 42 nömrəli futbol geyimində çıxış edəcək.
Qeyd edək ki, Cəfərov "Xəzər Lənkəran"da da bu nömrə altında çıxış edirdi. 42 həm də ona doğma olan Lənkəranın avtomobil seriya nömrəsidir.
