Teo Uiks: Avropa Liqasında səfərdə qələbə qazanmaq çox çətindir
"Qəbələ"nin yarımmüdafəçisi Teo Uiks Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sına qarşı keçirdikləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə qazandıqları ilk oyundan sonra bunları söyləyib:
"Macarıstana qələbə üçün getmişdik və xoşbəxtlikdən buna nail olduq. Avropa Liqası kimi turnirdə səfərdə qələbə qazanmaq çox çətindir. Ağır oyun olsa da, qalib gələ bildik. Amma buna görə arxayınlaşmırıq. Qarşıda bizi cavab oyunu gözləyir. Doğma meydanda daha yaxşı oynamağa çalışacağıq. MTK-ya qələbə lazımdır, buna görə də bizə qarşı daha ciddi cəhdlə müqavimət göstərəcəklər. Amma biz də növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni etməliyik". The Bush Chicken.
