19 iyul 2016 13:20
Neftçi Skopyeyə yollandı
"Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı "Şkendiya" ilə cavab oyunu üçün Makedoniyaya yollanıb. Azerisport.az xəbər verir ki, komanda səfərə Bakı-İstanbul-Skopye reysi ilə yollanıb.
Baş məşqçi Vəli Qasımov ilk oyunda qolsuz bərabərə qaldıqları makedoniyalılarla səfər oyunu öncəsi komandadakı atmosferi saytımıza açıqlamasında belə dəyərləndirib: "Komanda yaxşı vəziyyətdədi. Oyuna köklənmə, döyüşkən ruh da qaydasındadır. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandada istək çoxdur. Necə komandaya qarşı oynayacağımızı anlayırıq. Amma bu, uduzmaq üçün əsas vermir".
