19 iyul 2016 13:00

Brayan Meliss: Qarabağın kapitanı pressinq olan kimi topu itirirdi

Lüksemburqun "Düdelanj" klubunun müdafiəçisi Brayan Meliss ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Dino Topmöllerin rəhbərliyi altında ilk rəsmi oyununuzla bağlı nə deyərdiniz?
- Öz oyunumdan çox da razı qalmadım. Çünki qapımıza təyin olunan penalti bizə çox təsir etdi. İlk yarıda bizə çox çətin idi. Bunun da nəticəsi kimi iki qol buraxdıq. Amma fasilədən sonra daha yaxşı oynadıq. Lakin bundan da yaxşı oynaya bilərik. Səbrsizliklə cavab matçını gözləyirik.

- Bütövlükdə, səfərdəki oyunu necə dəyərləndirərdiniz?
- Çətin startdan sonra biz nəniki özümüzə gəldik, hətta "Qarabağ"a çətin anlar da yaşada bildik. Rəqibin də çoxlu qol vəziyyəti olmadı. İkinci hissədə isə ümumiyyətlə onların belə hücumçunu xatırlamıram.

- Komandanız sürprizə inanır?
- Bəli, hər şey mümkündür. Onlar ilk oyunda bizdən yaxşı çıxış etdilər. Amma bizim bunun əvəzini çıxmaq imkanımız var.

- Azərbaycan klubunun hansı zəif cəhətləri var ki, bundan yararlanmağı düşünürsünüz?
- Mən hiss etdim ki, bizim futbolçular pressinq edən kimi, onların kapitanı (Rəşad Sadıqov) iki və ya üç dəfə topu itirdi. Məhz bunun nəticəsində təhlükəli vəziyyətlər yaratdıq. Mümkündür ki, bunu baş məşqçi də hiss etdi. Onların 20 nömrəsi isə (Riçard Almeyda) iki qol vurmaqla yanaşı, həm də göstərdiyi oyunla çox yaxşı futbolçu olduğunu göstərdi. Digərlərinin isə bizdən yaxşı olduğunu deməzdim.

- Səviyyə fərqi barədə nə deyərdin?
- Hiss olunur ki, onlar meydanda bir-birini yaxşı başa düşür. Amma bizim start heyətdə yen futbolçular çox idi. Baş məşqçi də təzədir.

- 2012-ci ildə Avstriya "Red Bull"una yaşatdığınızı "Qarabağ"a da göstərə biləcəksiniz?
- O dövrdəki kimi, indi də rəqibimizin bizdən güclü olduğunu deyirlər. Amma biz o zaman sürpriz edə bilmişdik. İndi də bunu çox istəyirik.

(Luxemburger Wort)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.