19 iyul 2016 12:40
Vəli Qasımov: Kristian Lopeslə yanaşı, daha iki hücumçu ilə maraqlanırıq
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov ispaniyalı hücumçu Kristian Lopesi transfer etmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu transfer hələ rəsmiləşməyib. Çünki konkret cavab almamışıq. Danışıqlar davam edir. Danışıqlar prosesində iştirak etmədiyimə görə bütün detallardan xəbərim yoxdur. Lopeslə yanaşı, daha iki hücumçu ilə maraqlanırıq. Amma onlar ispaniyalı deyil. Biz gecikirik və bu transferi həyata keçirmək vacib idi. Hələ ki, ispaniyalı futbolçu digərləri ilə müqayisədə müqavilə bağlamağa daha yaxındır. Lakin biz Rumıniya "Kluj"u ilə də razılığa gəlməliyik. Çünki futbolçunun bu klubla müqaviləsi var".
