19 iyul 2016 11:00

Rikardinyo: Qəbələ MTK-ya şans verməsə, qələbə qazana bilməz

"Qəbələ"nin müdafiəçisi Rikardinyonun azerisport.az saytına müsahibəsi

- Avroliqanın ikinci təsnifat mərhələsində Macarıstan MTK-sı ilə cavab oyununa hazırsınız?
- Əlbəttə, tam hazırıq. Bu oyun həm bizim, həm də azarkeşlərimiz üçün çox vacibdir.

- Səfərdə 2:1 hesabıyla qalib gəldiyiniz MTK Bakıda sürpriz edə bilər?
- Bəli. Birinci matçda da onlar qələbə qazanmaq gücündə olduqlarını göstərdilər. MTK çox yaxşı futbol sərgiləyir. Amma biz onlara şans verməsək, qələbə qazana bilməzlər. Cavab görüşündə də qələbəyə oynayacağıq.

- Növbəti mərhələyə vəsiqə qazansanız, Fransanın "Lill" klubu ilə qarşılaşacaqsınız...
- Bizim üçün hansı komanda ilə oynamağın fərqi yoxdur. İstənilən halda hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Mən yaxşı oyunları, maraqlı və gərgin mübarizələri xoşlayıram. Biz də özümüzü məhz belə rəqiblərlə oyunlarda göstərə bilərik.

- Yəqin ki, MTK-ya Bakıda da qalib gəlməklə fransızlara öz gücünüzü göstərməyə çalışacaqsınız...
- Bizim istəyimiz hər oyundan qələbə ilə ayrılmaqdır. MTK ilə oyun da istisna deyil.

- "Lill"i də keçə biləcəksiniz?
- Öncədən nəsə demək istəmirəm. Çünki biz hələ MTK səddini keçməmişik. Yalnız mərhələ adlayacağımız halda "Lill" barədə düşünmək olar.

- "Qəbələ"yə yeni transferlər lazımdır?
- Komandaya yaxşı futbolçuların gəlməsi həmişə sevindirici olur. Onlar komandanı gücləndirirlər. Hazırda güclü komandamız var. Hazırlıq səviyyəsi də yüksəkdir. Klub rəhbərliyi yenə oyunçu alacağını açıqlayıb. Amma hətta yeni oyunçusu alınmasa da, bu heyətlə heç bir problemimiz olmayacaq.

- İndiki "Qəbələ"ni ötən mövsümdəkindən güclü sayanlar var. Siz bununla razısınız?
- Müqayisə etmək çətindir. Bunlar iki fərqli komandadır. Fikrimcə, biz daha yüksək nəticələr əldə edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.